EN

Ağstafada piyadanı maşın vuraraq öldürüb

Ağstafada piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb. Hərəkətdə olan VAZ 2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
10
apa.az

10Sources