EN

Elton bu işdə çalışacaq

Əməkdar artist Elton Hüseynəliyev müəllim olmaq istəyir.

Bu barədə sənətçi “Günə bax”da danışıb.

O bildirib ki, müəllimlik arzusu olub və bunun üçün bir neçə yerə müraciət edəcək:

“Milli Konservatoriyaya müraciət edəcəyəm. Eyni zamanda İncəsənət Universitetinə baş vuracağam. Mənim arzum Sumqayıt şəhərindən başlamaqdır. Çünki özüm oradan gəlmişəm. Müəllimlərimdən bəhrələndiyimi kimlərəsə öyrətmək istəyirəm. Yaxın günlərdə kim istəyirsə, ona təhsil verəcəyəm”.

Chosen
5
7
tribunainfo.az

9Sources