Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.
Gundem.az-ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.
İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya yerləşdirliblər, onların vəziyyətlərinin normal olduğu bildirilir.