EN

Bakı-Ələt yolunda yük maşını yanıb - Video

Bakı-Ələt yolunda yük maşını yanıb.

Azreform.info xəbər verir ki, hadisə bu gün saat 08:55-də Bakı-Ələt magistral yolunun 55-ci kilometrliyində qeydə alınıb.

Zaqatala rayon sakini, Mehman Əhməd oğlu Əliisgəndərovun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı irihəcmli yük maşını hərəkətdə olarkən yanğın baş verib.

Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək şəxsi heyət və yanğınsöndürən avtomobilinin köməyi ilə yanğın qısa müddətdə söndürülüb.(Oxu.az)

Chosen
61
33
azreform.info

10Sources