Ümumdünya Səhiyyə Təşkilatının Akademiyasının təsis edilməsinin tərəfdarıyıq.
APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı panel müzakirəsində deyib.
"Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının Akademiyasının təsis edilməsinin tərəfdarıdır. Biz qlobal səhiyyə dedikdə dünyada bu sahə üzrə birgə məsuliyyəti nəzərdə tuturuq. Hazırda belə bir platforma Ümumdünya Səhiyyə Təşkilatıdır", - nazir əlavə edib.