EN

“Meydan” TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb

“Meydan” TV işi üzrə həbs olunan jurnalist Nurlan Qəhrəmanlı (Libre) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti üç ay uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında “Meydan” TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Ülvi Tahirov saxlanılıblar.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə Arqument.az saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunublar.

DOĞRU.AZ

Chosen
12
18
dogru.az

10Sources