EN

1116-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1116-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 658 təyyarəsi, 283 helikopteri, 46 776 PUA-sı, 601 zenit-raket kompleksi, 22 285 tank və digər zirehli texnikası, 1 527 reaktiv yaylım atəş sistemi, 22 581 artilleriya və minaatanı, 32 902 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
4
49
axar.az

10Sources