EN

Rusiyalı Daniil Koqan konsert ilə Filarmoniyada çıxış edib - FOTOlar

Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Dirijor Murtuza Bülbülün rəhbərliyi,  Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Daniil Koqan (violin, Rusiya) dinləyicilər qarşısında çıxış edib.

Proqramda  P.İ.Çaykovski violin və orkestr üçün konsert D-dur (op.35), D.Şostakoviç "Bolt" baletindən "İntermetso", "Tanqo" və "Denisin rəqsi", Q.Qarayev violin və orkestr üçün konsert (ifa Leonid Koqana həsr olunur) səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
47
50
milli.az

10Sources