EN

Prezidentlər RAZILIĞA GƏLDİLƏR - Moskvada bir araya gələcəklər

Rusiya, Belarus, Tacikistan və Azərbaycan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko, Emoməli Rəhmon və İlham Əliyev mayın 9-da Moskvada görüşmək barədə razılığa gəliblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

"Vladimir Putin, Aleksandr Lukaşenko, Emoməli Rəhmon və İlham Əliyev arasında telefon danışığı baş tutub.

Birgə qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla əlaqə saxlayıblar.

Səmimi, mehriban söhbət olub, liderlər dövlətlərarası münasibətlərin gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri zamanı görüşmək barədə razılaşdırılıb", - məlumatda deyilir.

Chosen
11
3
olke.az

5Sources