ABŞ və Böyük Britaniyanın Yəməndə Ənsarullahın (Husi) nəzarətində olan ərazilərə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər ölüb, 9 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı Səhiyyə Nazirliyinin Husi hökumətindəki nümayəndəsi Anis əl-Əsbahiyə istinadən məlumat yayıb.
"18 nəfər ABŞ və Böyük Britaniyanın hücumunun ilk qurbanları olub. Onlardan 9-u ölüb, 9-u isə yaralanıb" - məlumatda deyilir.