"Avropa ölkələri sərhədlərini nəzarətdə saxlaya bilməyərək və vətəndaşların söz azadlığını məhdudlaşdıraraq "sivilizasiya intiharı törətmək" riski ilə üzləşiblər".
Â
Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib.
Â
Onun sözlərinə görə, Avropa indi öz tarixinin ən ciddi böhranlarından birini yaşayır.
Â
"Nəzarətsiz miqrant axını və hakimiyyətin bu prosesi səmərəli idarə etmək bacarığının olmaması və ya istəksizliyi Avropa sivilizasiyasının mövcudluğunu təhlükə altına qoyur", - deyə o bildirib.
Â
Vitse-prezident vurğulayıb ki, Avropa ölkələrinin miqrasiya böhranına qarşı mübarizə cəhdləri düzgün istiqamətdə atılan addımdır. Lakin onun sözlərinə görə, eyni zamanda, nəzarətsiz miqrasiyaya qarşı etiraz edən vətəndaşların söz azadlığı məhdudlaşdırılır.
Â
Vens qeyd edib ki, məhz belə etiraz əhvali-ruhiyyəsi Donald Trampın ABŞ prezidenti seçilməsinə, həmçinin miqrasiya siyasətinin sərtləşdirilməsini dəstəkləyən bir sıra Avropa liderlərinin populyarlığının artmasına səbəb olub.
Â
Onun sözlərinə görə, açıq sərhədlər siyasəti və vətəndaşların hüquqlarının məhdudlaşdırılması Avropa ölkələri üçün ciddi problemə çevrilir.