EN

Avropada gecə klubunda yanğın- Onlarla ölü var

Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda baş verən yanğın nəticəsində ən azı 50 nəfər həyatını itirib.

Heftelik.az xəbər verir ki, bu barədə Şimali Makedoniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yanğın, paytaxt Skopyenin təxminən 100 kilometr şərqində yerləşən Koçani şəhərindəki gecə klubunda gecə saatlarında baş verib.

Hadisə zamanı konsert təşkil edilən klubda 1500 qədər insan olub.

Yanğının səbəbi hələlik məlum deyil. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Chosen
34
10
heftelik.az

10Sources