EN

KİV: Husilər sülhə nail olmaq üçün ABŞ ilə danışıqlara hazırdır

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər, əgər Vaşinqton müvafiq niyyətlər göstərərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdırlar.

"Ölkə.az” xəbər verir ki, bu barədə Qətərin “Al Arabiya” telekanalına üsyançıların adı açıqlanmayan nümayəndəsi bildirib.

“ABŞ-nin təcavüzü əsassız hücumdur və suverenliyimizin pozulmasıdır”, – hərəkatın liderlərindən biri telekanala söyləyib.

O qeyd edib ki, münaqişənin həll edilməsinə ciddi cəhd edilərsə, üsyançılar sülhə hazırdır.

"Danışıqlar üçün kanallar açıq ola bilər, biz həmişə dialoqu dəstəkləmişik", – mənbə əlavə edib.

Bununla belə, bu gün "Ənsar Allah"ın rəsmi nümayəndəsi Məhəmməd Əbdül Salam bəyan edib ki, ABŞ-nin Yəmən ərazisinə endirdiyi zərbələr "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin Qırmızı dəniz və Ədən körfəzində İsrail gəmilərinə hücum etmək niyyətinə təsir etməyəcək.

"ABŞ Prezidentinin Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliklə bağlı təhdidlə bağlı açıqlamaları yalandır və beynəlxalq ictimaiyyəti çaşdırır", – məlumatda bildirilib.

Chosen
45
3
olke.az

10Sources