EN

Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb

Skopye, 16 mart, AZƏRTAC

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 59-a yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Nazir faciə nəticəsində 155 nəfərin yaralandığını, onlardan 152-nin xəstəxanaya yerləşdirildiyini qeyd edib. Faciə qurbanlarının yaşlarının 14-25 arasında olduğu bildirilib.

Səhiyyə naziri Arben Taravari vəziyyəti ağır olan 20 yaralının müalicə üçün xaricə göndəriləcəyini deyib.

Şimali Makedoniya hökumət faciəsi ilə əlaqədar bir həftəlik milli matəm elan etməyə hazırlaşır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye

Chosen
30
6
azertag.az

7Sources