Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Qurban Cəlal oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib. Məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslər – İlqar Allaz oğlu Hacıyevə, Qurban Cəlal oğlu Məmmədova, Tural Əlövsət oğlu Sadıqlıya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib. Onlar bir sıra cinayətlərdə ittiham olunurlar. Qeyd edək ki, Qabil Məmmədov, Məhəmməd Mirzəli, Elşad Məmmədov da İstintaq İdarəsinə çağırılıb.