EN

Husilər ABŞ-ın təyyarədaşıyan gəmisini vurdu

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə ballistik raketlər və dronlarla zərbə endiriblər.   Manset.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Husi sözçüsü ABŞ-ın təyyarədaşıyan “USS Harry Truman” gəmisinin 18 raket və dronla vurulduğunu bildirib.

Husilər həmçinin ABŞ-ın Yəmənin 7 vilayətində 47 zərbə endirdiyini də iddia ediblər. "Ənsar Allah" hərəkatı Yəmənə endirilən zərbələrə cavab olaraq Qırmızı və Ərəb dənizlərində ABŞ-ın bütün hərbi gəmilərinə hücum edəcəkləri ilə hədələyiblər.

Chosen
17
1
manset.az

2Sources