EN

Türkman QHT-lərindən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib



“Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu çərçivəsində Azərbaycanda səfərdə olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti Füzuli şəhərinə səfər edib.

Newscenter.az xəbər verir ki, türkmanlar Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı olan Məhəmməd Füzulinin şərəfinə adlandırılmış Füzuli şəhəri ilə tanış olub. İşğal dövründə Füzulidə törədilmiş vəhşiliklər, dağıntılar, Vətən müharibəsindən sonra qısa müddətdə rayonda aparılan genişmiqyaslı quruculuq-bərpa işləri barədə heyət ətraflı məlumatlandırılıb. Türkman vətəndaş cəmiyyəti təmsilçiləri Türk dünyasının - Özbəkistan və Qazaxıstanın Azərbaycana qardaşlıq hədiyyələri olan Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbinin və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Daha sonra heyət Qarabağın hava qapısından Füzuli-Bakı aviareysi ilə Bakıya qayıdıblar. Bununla da türkman vətəndaş cəmiyyəti təmsilçilərinin Qarabağa səfəri başa çatıb. Heyət martın 17-də Bakıda bir sıra yerləri ziyarət edəcək, görüşlər keçirəcək. Martın 18-də isə Heydər Əliyev Mərkəzində “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunun açılışı olacaq.

Süleyman
Chosen
28
newscenter.az

1Sources