Bakı. Trend:
İtaliya A Seriyasında 29-cu turun növbəti oyunu keçirilib.
Trend-inməlumatına görə, "Fiorentina" doğma meydanda "Yuventus"u qəbuledib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi iləyekunlaşıb.
Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Fiorentina" 8-cipilləyə yüksəlib. Qonaqlar isə 52 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, turnir cədvəlinə 61 xalla "İnter" başçılıq edir.Eyni xala malik "Napoli" ikincidir.