EN

Nazir müavini Donetskdən qayıdarkən qəzaya düşdü

Rusiya Fövqəladə Hallar Nazirliyinin nazir müavini Roman Kurinin Donbasdan ezamiyyətdən qayıdarkən Tula vilayətində yol qəzası keçirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən xəbər verilib.

Məlumatda deyilir: "Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişi ilə nazir müavini Roman Kurinin Donetsk Xalq Respublikasında (qondarma Donetsk Xalq Respublikasında - red. ) işgüzar səfərdə olub. Moskvaya qayıdarkən Tula vilayətində, M-4 "Don" magistralında xidməti avtomobil qəzaya uğrayıb".

Qəza nəticəsində xəsarət alan olmayıb, heç kəs xəstəxanaya yerləşdirilməyə ehtiyac duymayıb.

Chosen
5
2
axar.az

3Sources