EN

Bakının mərkəzindəki yanğın söndürüldü -

Bakının "28 May" metrosu yaxınlığında mağazada baş vermiş yanğın söndürülüb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğının qısa müddət ərzində söndürüldüyü bildirilib.

***

17 Mart, 00:10

Bakıda "28 May" metrosu yaxınlığında mağazada yanğın baş verirb.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, hazırda Bakının "28 May" metrosu yaxınlığında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Birinci Korpusu ilə üzbəüz yerləşən mağazada yanğın baş verir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb edilib. İlkin məlumata görə, yanğının səbəbi hələlik bilinmir.

Hazırda yanğının tam söndürülməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.


Chosen
5
8
metbuat.az

10Sources