EN

"Neftçi"nin məşqçisi açıqladı: “Bu problemləri aradan qaldırdıq”

"NTD ilə matçın ilk hissəsində əks-hücumla bağlı bəzi problemlərimiz var idi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XVIII turunda NTD ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis görüşün çox çətin keçdiyini bildirib:

“Əvvəlcə komandamı yaxşı oyuna və layiqli qələbəyə görə təbrik edirəm. NTD çətin rəqibdir. Bu səbəbdən oyun da çox çətin keçdi. İlk hissədə əks-hücumla bağlı bəzi problemlərimiz var idi. Lakin ikinci hissədə bu problemləri aradan qaldırdıq və yaxşı atışlarla bərabər, həm də aqressiv müdafiə olunduq. Tədricən oyunumuz öz axarına düşdü və sonda qələbə qazanan tərəf olduq. İndi növbəti rəqimiz olan “Sərhədçi”yə qarşı görüşə hazırlaşmalıyıq və bunun üçün cəmi iki gün vaxtımız var. Əlimizdən gələni edəcəyik ki, həmin oyunda da qələbə qazanaq”.

“Sərhədçi” İdman Mərkəzində baş tutan "Neftçi" - NTD görüşü birincilərin 76:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
29
1
sportinfo.az

10Sources