EN

Tramp Milli Qvardiyanı fəlakət zonasına göndərdi

ABŞ Prezidenti Donald Tramp administrasiyası ştat və yerli hökumətlərə tornado və tufanlara cavab vermək üçün Arkanzas ştatına Milli Qvardiya qoşunlarını göndərib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornadoları və tufanları fəal şəkildə izləyirik. Milli Qvardiya Arkanzasa yerləşdirilib və mənim administrasiyam bu fırtınadan sonra icmaların bərpası üçün çalışdıqları ştat və yerli rəsmilərə bütün lazımi yardımı göstərməyə hazırdır", - Tramp bildirib.

Chosen
14
publika.az

1Sources