İspaniya çempionatının 28-ci turunda "Barselona" "Atletiko"ya 4:2 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, kataloniyalıların görüşdəki ilk qolunu Robert Levandovski vurub. Polşalı forvard bu mövsüm bütün turnirlərdə 40 matçda 35 dəfə fərqlənib. Levan son 4 mövsümdə "Barsa"nın heyətində 35 və daha çox qol vuran ilk futbolçu olub.
Bunu sonuncu dəfə edən İspaniya nəhənginin sabiq ulduzu Lionel Messi olub. Argentinalı forvard 2020/21 mövsümündə 47 oyunda 38 qol vurub.