“Bakı Metropoliteni” QSC-nin Reklam Departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Valyuta.az xəbər verir ki, bu vəzifə Azər Quliyevə həvalə edilib.
O, bundan əvvəl Azerconnect Group-da Ticarət Marketinqi üzrə Mütəxəssis vəzifəsində çalışıb.
Bundan başqa A.Quliyev uzun illər “Azerfon” MMC-də (Nar) işləyib.