EN

Messi qol vurdu, "İnter" qalib gəldi

“İnter Mayami” MLS-in müntəzəm mövsümündə növbəti matçını keçirib.

Publika.az xəbər verir ki, Lionel Messinin kapitanı olduğu komanda “Atlanta Yunayted”lə qarşılaşıb. Görüş Florida klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter”in heyətində Lionel Messi və Fafa Piko hərəyə bir qol vurub.

4-cü oyununda 10-cu xalını qazanan Mayami klubu MLS-in ümumi cədvəlində 2-ci pillədə qərarlaşıb.

Chosen
19
publika.az

1Sources