"Bakı Metropoliteni" QSC-nin Reklam Departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu vəzifə Azər Quliyevə həvalə edilib.
O, bundan əvvəl "Azerconnect Group"da Ticarət Marketinqi üzrə Mütəxəssis vəzifəsində çalışıb.
Bundan başqa A.Quliyev uzun illər "Azerfon” MMC-də (Nar) işləyib.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin sədri Vüsal Aslanovdur.
