EN

“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti yaradılır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanda əksini tapıb.

Müəyyən edilib ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.

Chosen
5
8
day.az

10Sources