EN

Husilər ABŞ-nin təyyarədaşıyan gəmisini hədəfə aldılar

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinə ballistik raketlər və dronlarla zərbə endiriblər.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ-nin Yəmənə hücumlarına cavab olaraq Qırmızı dənizin şimalında yerləşən təyyarədaşıyan gəmisinin bir neçə saat davam edən əməliyyat nəticəsində ballistik, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirib.

Yəmənə hücum hazırlıqlarının nəticəsiz qaldığını deyən Seri, raket və PUA hücumları nəticəsində ABŞ döyüş təyyarələrinin geri qayıtmaq məcburiyyətində qaldığını deyib.

ABŞ-nin hücumlarına cavab verilməyə davam edəcəyini bildirən Seri, husilərin lideri Əbdülməlik əl-Husinin daha çox hərbi eskalasiya variantlarının qüvvəyə minəcəyinə dair açıqlamalarına diqqət çəkib.

Dəniz bölgəsindəki blokadanın yardım və əsas ehtiyacların Qəzza zolağına daxil olmasına icazə verilənə qədər davam edəcəyini ifadə edən Seri, İsrailə qarşı dəniz blokadası həyata keçirəcəklərini və əməliyyat elan edilən bölgədə İsrail gəmilərini blokadaya alacaqlarının vurğulayıb.

Chosen
11
cebheinfo.az

1Sources