EN

"Sumqayıt" 400-ə çatdı

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub. “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada 400-cü qolu vurub.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.

“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub. Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollardan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

Chosen
21
12
publika.az

10Sources