Haiti milli komandasının üzvü Fafa Piko şərəfini qoruduğu ABŞ-ın "İnter Mayami" klubunun heyətində ilk qolunu vurub.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı hücumçu MLS-də "Atlanta Yunayted"lə görüşün 89-cu dəqiqəsində qələbə topunun müəllifi olub - 2:1.

Bu, Pikonun "İnter Mayami"də sayca 3-cü matçı olub.

Ağır səfər qarşılaşması, komandanın hesabda geri düşməsi və rəqibin təzyiqi qələbənin vacibliyini bir qədər də artırıb. Odur ki, kapitan Lionel Messi emosiyalarına sahib çıxa bilməyib və Pikonu qucaqlayaraq, qolu çılğıncasına qeyd edib.

Qeyd edək ki, Piko bu oyundan Bakıya yola düşüb. Hücumçu martın 22-də Azərbaycan və Haitti yığmaları arasnda yoldaşlıq görüşündə iştirak etmək üçün sabah paytaxtımıza təşrif buyuracaq.