Rusiya Federasiyasının nümayəndə heyətinin səfəri Azərbaycan-Rusiya münasibətlərinə əlavə təkan verəcək. SİAxəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq üzrə Komissiyanın 22-ci iclasında bildirib.