EN

Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyəti artır



"İndiyə qədər keçirilən forumlar kimi XII Qlobal Bakı Forumu da həm əhatə etdiyi mövzu, həm də iştirakçılar baxımından son dərəcə əhəmiyyətli oldu. Elə forumun yekunu olaraq qəbul edilən qərarlar, beynəlxalq aləmə yönəlik çağırışlar da bunu deməyə əsas verir".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva XII Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, artıq neçə ildir ki, sözügedən forumda təkcə sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq ekspertlərlə yanaşı, ayrı-ayrı ölkələrin prezidentləri, hökumət rəhbərləri də iştirak edir:

"Bu ilki forumda da bildiyiniz kimi Albaniya və Şimali Makedoniya prezidentləri iştirak edirdi. Bu da öz növbəsində Qlobal Bakı Forumunun nə dərəcədə əhəmiyyətli və günümüzün qlobal problemlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunun göstəricisidir:

"Azərbaycan Prezidentinin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən bu forum günümüzdə dünyamızı narahat edən qlobal problemləri, təhdidləri müzakirə edir, onların həlli yollarını axtarır və bu məqsədlə real təşəbbüslər irəli sürür. Sevindirici haldır ki, artıq beynəlxalq səviyyədə Qlobal Bakı Forumunun müzakirə etdiyi və həllini göstərdiyi təşəbbüslər dəstək görür. Bu da Qlobal Bakı Forumunun beynəlxalq bir platforma kimi özünü təsdiqinin göstəricisidir".

Anar Əliyev
Chosen
9
newscenter.az

1Sources