EN

Türkiyə Ukraynaya qoşun yeridir? - Ankara şərtləri açıqladı

Türkiyə hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı heç bir qərar verməyib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Ankaradakı diplomatik mənbələrə istinadla məlumat verib.

“Bu məsələ ilə bağlı konkret heç nə, heç bir qərar yoxdur”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Böyük Britaniya və Fransa öz qoşunlarını Ukraynada yerləşdirməyi planlaşdırır. Ölkə liderləri bu yolla Kiyevin təhlükəsizlik zəmanəti alacağını iddia edirlər.

Türkiyə tərəfi də qeyd edib ki, Ukraynada yerləşdiriləcək sülhməramlılara onların da qoşulması mümkün ola bilər.

Chosen
17
2
publika.az

3Sources