"Rus bölməsi üçün Azərbaycan dili imtahanları rəqəmsallaşdırılacaq"
Gələcəkdə rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsallaşdırılacaq.Manset.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu imtahanlar hələ ki, kağız variantında keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək.