EN

Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Martın 17-də Azərbaycan Respublikası Milli Məclisi və RusiyaFederasiyası Federal Məclisi Parlamentlərarası ƏməkdaşlıqKomissiyasının 22-ci iclası keçirilib.

Trend xəbər verir ki, iclasınaçılışında Milli Məclisin sədri Sahibə Qafarova və Rusiya FederalMəclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirakediblər.

Sahibə Qafarova və Valentina Matviyenko salamlama nitqlərindəparlamentlərarası əlaqələrin əhəmiyyətindən söhbət açıblar. Onlardeputatların parlamentlərarası əməkdaşlıq komissiyası çərçivəsindəfəaliyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri PoladBülbüloğluna Rusiya Federasiyası Federal Məclisi FederasiyaŞurasının “Parlamentarizmin inkişafındakı xidmətlərinə görə” fəxrinişanı təqdim edilib.

Sonra Azərbaycan-Rusiya Parlamentlərarası Komissiya işini davametdirib.

Komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müaviniƏli Əhmədov və Rusiya Federasiya Şurası sədrinin birinci müaviniAndrey Yatskin gündəlikdəki məsələlər barədə məlumat veriblər.

İclas iştirakçıları təqdim edilən məsələlər barədə öz fikir vəqeydlərini açıqlayıblar.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan MilliMəclisi və Rusiya Federal Məclisi parlamentlərarası komissiyasının22-ci iclası başa çatıb.

Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiyatərəfindən üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələriiştirak ediblər.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Məqalədə:
Chosen
26
15
az.trend.az

10Sources