EN

Ağadadaş Ağayevin baltasını özünə qaytardılar

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib.
 

Qeyd edÉ™k ki, müğənni ötÉ™n il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilÉ™ mübahisÉ™ edib vÉ™ É™lindÉ™ki baltanı ona tÉ™rÉ™f atıb. HadisÉ™ zamanı balta xÉ™stÉ™xananın xadimÉ™sinin ayağına dÉ™yib.


Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin.
İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib.

Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib.

Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib.

Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb. Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bizim.Media

Chosen
26
26
bizim.media

10Sources