EN

Gürcüstanda iftar süfrəsi təşkil olunub

Tbilisi, 17 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Tbilisidə iftar süfrəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə səfirliyin əməkdaşları, DQİDK-in sədri Ramin Məmmədov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin direktoru Zaza Vaşakmadze, Kvemo-Kartlinin qubernatoru, Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarının rəhbərləri, Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, soydaşlarımız, din xadimləri iştirak ediblər.

Bildirilib ki, bu cür tədbirlər həmrəylik və qardaşlıq ruhunu gücləndirir, iki ölkə arasında möhkəm əlaqələrin qurulmasına töhfə verir.

Çıxış edənlər vurğulayıb ki, hər iki ölkə xalqlarının dostluğu nümunəvi münasibətə əsaslanır.

Sonra digər çıxış edənlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən din sahəsindəki əlaqələrin perspektivlərindən danışıb, Ramazan ayı ilə əlaqədar fikirlərini bölüşüb, müsəlmaları bu bayram münasibətilə təbrik ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Chosen
34
1
azertag.az

2Sources