Şimali Makedoniyanın “Şkupi” klubunun 25 yaşlı futbolçusu Andrey Lazarov faciəvi şəkildə vəfat edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Kocani şəhərində gecə klubunda baş verən yanğında ölüb.
Məlumata görə, dəhşətli hadisə zamanı azı 59 nəfər həlak olub, 155-dən çox insan isə yaralanıb.
"Cebheinfo.az"