EN

"Haber Global": Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb.

Demokratikmusavat.com“Report”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının saytında dərc olunan “Ermənistan PUA axtarışında! Avropa İttifaqından (Aİ) Ermənistana silah yardımı” sərlövhəli məqalədə qeyd olunub.

Bildirilib ki, Paris, Dehli və Afina Ermənistanı silahlandıran əsas oyunçulardır:

“Hazırda İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə, İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır”.

Məqalədə deyilib ki, Aİ-nin Ermənistana hərbi yardımları onun sülh təşəbbüsü ilə bağlı çağırışlarına ziddir:

“Aİ rəsmiləri deyirlər ki, Cənubi Qafqazda sülhə ehtiyac var. Amma təşkilat tərəflərdən birini silahla təchiz edərək bu təşəbbüsə mane olur. Aİ-nin dəstəyini hiss edən Ermənistan Azərbaycanla sülh danışıqlarına son qoya bilər. Fransa rəsmiləri iddia edirlər ki, Ermənistan yenidən silahlanaraq sülh danışıqlarında güclü mövqeyə sahib ola bilər”.

Analitiklərin fikrincə isə Ermənistan növbəti müharibəyə hazırlaşır.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources