EN

"Haber Global": Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının saytında dərc olunan "Ermənistan PUA axtarışında! Avropa İttifaqından (Aİ) Ermənistana silah yardımı" sərlövhəli məqalədə qeyd olunub.

Bildirilib ki, Paris, Dehli və Afina Ermənistanı silahlandıran əsas oyunçulardır:

"Hazırda İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə, İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır".

Analitiklərin fikrincə isə Ermənistan məhz növbəti müharibəyə hazırlaşır.

Chosen
21
9
hakimiyyet.az

10Sources