EN

Zelenskini G7 sammitinə dəvət olundu

Kanadanın yeni Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenskini “Böyük yeddiliy”in (G7) sammitinə dəvət edib.   Manset.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Zelenskini tərəflər arasında dünən baş tutan telefon danışığı zamanı G7 sammitinə dəvət edilib. “Prezident Zelenski iyun ayında Albertada keçiriləcək G7 toplantısına dəvət olunub”, - Kanada hökumətinin sözçüsü söyləyib. Qeyd edək ki, bu il G7-yə sədrlik edən Kanada iyunun 15-17-də ölkənin qərbindəki Alberta əyalətinin Kananaskis şəhərində sammitə ev sahibliyi edəcək.

Xatırladaq ki, G7-yə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ daxildir. Martın 12-dən 14-dək G7-nin xarici işlər nazirləri Kanadanın La Malbe şəhərində görüşüblər. Kanada G7-yə 2025-ci il yanvarın 1-dən sədrlik etməyə başlayıb.

Chosen
47
5
manset.az

9Sources