EN

Nazəninin balıq zarafatı: Üzüyünü satıb balıq alanlar...

Müğənni Nazənin Xəzər TV-də yayımlanan “Xəzər Axşamı” verilişində son dövrlər qiymətlərin bahalaşmasına özünəməxsus yumoristik münasibət bildirib. Müğənni cənub bölgəsində balığın 500 manata çatdığını qeyd edərək, zarafatla belə deyib:

"Camaat üzüyünü satıb balıq alır!"

Nazəninin bu sözləri, əlbəttə ki, məcazi mənada səsləndirilib. Müğənni bahalaşmanın absurd həddə çatmasını vurğulamaq üçün belə bir ironiya edib. Onun bu zarafatı studiyadakı qonaqları və izləyiciləri güldürüb, eyni zamanda gündəlik həyatda insanların üzləşdiyi iqtisadi çətinliklərə işarə edib.

Son zamanlar bazarlardakı qiymət artımı bir çox insanın dilindədir. Görünür, balıq artıq təkcə dənizdə deyil, həm də cibimizdə "üzməyə" başlayıb!


Chosen
11
news365.az

1Sources