“Bundan sonra Azərbaycanı hədəf alan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün vacib olacaq”.
Bunu AKP-nin sözçüsü Ömər Çelik deyib.
Çelik Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekunlanmasını “mühüm mərhələ” adlandırıb.
Bu çərçivədə ATƏT-in Minsk qrupunun artıq tarixə qovuşduğunu da xüsusilə qeyd edib və onun ləğvi prosesinin artıq yetişdiyini açıqlayıb.