EN

Moskvada ər-arvad 11-ci mərtəbədən yıxıldılar, biri sağ qaldı

Rusiyanın paytaxtı Moskvada qadın əri ilə birlikdə 11-ci mərtəbədən yıxılaraq sağ qalıb.

Bu barədə hakimiyyet.az "Mash" Telegram kanalına istinadla xəbər verir.

İlkin məlumata görə, kişi narkotik təsiri altında olub. Şahidlər bildiriblər ki, kişi hündürlükdən yıxılıb, onun ardınca isə həyat yoldaşı yıxılıb.

Qeyd edilir ki, kişini xilas etmək mümkün olmayıb. Qadın sağ qalıb, onun vəziyyəti ilə bağlı ətraflı məlumat verilmir.

Chosen
47
1
hakimiyyet.az

10Sources