Martın 18-də yerli vaxtla 00:48-də Lənkəran stansiyasından 19 kilometr şimalda Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.