EN

Husilər Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq 48 saat ərzində Qırmızı dənizdə ABŞ-nin “USS Harry Truman” təyyarə gəmisinə üçüncü dəfə zərbə endirib.

APA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya öz “Telegram” kanalında məlumat verib.

O hücumun iki qanadlı raket və iki pilotsuz uçuş aparatının köməyi ilə həyata keçirildiyi bildirib.

Səriya husilərin Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirəcəklərini və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndəb boğazından İsrailin kommersiya gəmilərinə mane olacaqlarını deyib.

Chosen
34
50
apa.az

10Sources