İrana qarşı istənilən mümkün təcavüz aktının nəticələri olacaq.
Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, buna görə ABŞ məsuliyyət daşıyacaq.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Tramp husilərə dəstəyinə görə İranı təhdid etmişdi.