Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.
Lanhsa Hava Yollarına məxsus olan təyyarə Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından havaya qalxdıqdan az sonra dənizə düşüb.
İlkin məlumatlara görə, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.
Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir. Məlumata görə hadisə 33 sərnişin üçün nəzərdə tutulmuş "Jetstream 41" təyyarəsinin uçuş zamanı mexaniki nasazlıq keçirməsi nəticəsində baş verib.
Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. /lent.az
Tarix: 18 Mart 2025, 09:09