EN

Ançelotti Ardanın tələbini rədd etdi

Arda Güler mövsümün əvvəlində “Real Madrid”dən ayrılmaq istəyib. Metbuat.az xəbər verir ki, Arda oyun şansı əldə etmək üçün başqa kluba transfer olmaq istəyib. Məlumata görə, Arda klubdan ayrılmaq üçün israr etsə də, prezident Florentino Peres və məşqçi Karlo Ançelotti onun klubdan ayrılmasına icazə verməyib. Bildirilir ki, Dani Seballos da klubdan ayrılmaq istəsə də, Ançelotti ona da icazə verməyib. Qeyd edək ki, Arda Gülerin mövsümün sonunda klubdan ayrılacağı deyilir.

Futbolçunun İtaliyada futbol oynamaq istədiyi qeyd edilib. “İnter” klubunun Ardanı transfer etmək üçün məhsuldar danışıqlar apardığı irəli sürülür.

Chosen
3
1
metbuat.az

2Sources