EN

Cənubi Koreya Kim Çen Inın yeraltı bunkerlərinə hücum üçün robot itlər hazırlayır

ABŞ Ordusu və Cənubi Koreya hərbçiləri pilotsuz uçuş aparatları və dördayaqlı robot itlərdən istifadə etməklə Şimali Koreyada yeraltı tunel və bunkerləri nəzarətə götürmək üçün təlimlərə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə “Korea JoongAng Daily” nəşri yazıb.

“Təlimlərdə Cənubi Koreyanın pilotsuz uçan aparatları və İsveçin dördayaqlı yeriyən robotları da daxil olmaqla ən son hərbi texnologiyadan istifadə edilib”, deyə nəşr qeyd edib.

Bildirilir ki, təlimlər kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının tətbiqi ilə başlayıb. Cənubi Koreyanın “Dronebot” döyüş komandası yeraltı obyektin yaxınlığında kəşfiyyat xarakterli dronları yerləşdirib. Cənubi Koreyanın mexanikləşdirilmiş bölmələri pilotsuz təyyarələrdən əldə edilən kəşfiyyat məlumatlarından istifadə edərək, yerüstü hücuma keçərək, tuneldən kənarda düşmən qüvvələrini zərərsizləşdirib və giriş nöqtələrini bağlayıb.

Bazar ertəsi, martın 17-də başlayan manevrlərə 370 hərbçi cəlb olunub və təlimlər dörd gün davam edəcək.

Qeyd edilir ki, Şimali Koreyanın yeraltı obyektlərinə tunellərdən əlavə, kütləvi qırğın silahları üçün anbarlar və şəhər yeraltı infrastrukturu daxildir.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources